Gyökereş bu kluba transfer olacaq

“Sportinq”in isveçli futbolçusu Viktor Gyökereş karyerasını “Mançester Yunayted”də davam etdirəcək.

Sportline.az futbol jurnalisti Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, “Mançester Yunayted” klubu mövsümün sonunda Gyökereş üçün “Sportinq”ə 100 milyon avro ödəməyə hazırdır.

İngiltərə klubunun rəhbərliyi Gyökereşin meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Gyökereşin “Sportinq”lə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.