Hafiz Məmmədov problemini həll edib

“Bakı”nın prezidenti Hafiz Məmmədov dövlətə borcunun əhəmiyyətli hissəsini ödəyib.

Yanvarın 31-də ev dustaqlığına buraxılan iş adamının daha əvvəl 600 min manatı geri qaytardığını bildirək.

Sportline.az xəbər verir ki, o, qalan borcunu ödəyəcəyinə dair öhdəlik götürüb. H.Məmmədov bu məqsədlə Bakıda yerləşən mənzillərindən bir neçəsini satıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, iş adamı barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1.465.200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib.

Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib.

Ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir.

sportinfo.az