"Hall Siti"nin yeni baş məşqçisi açıqlanıb
Çempionşip komandalarından "Hall Siti" baş məşqçi postuna Tim Uolterin gətirildiyini açıqlayıb.
Sportline.az Ntvspor.com-a istinadla xəbər verir ki, alman mütəxəssislə müqavilə 3 illik imzalanıb.
İngiltərə klubundan verilən açıqlamada 48 yaşlı çalışdırıcının iyulun 1-dən etibarən rəsmi olaraq işə başlayacağı bildirilib.
Qeyd edək ki, bu, təcrübəli mütəxəssisin ölkə xaricində ilk təcrübəsi olacaq.Tim Uolter son olaraq Almaniyanın "Hamburq" klubunu çalışdırıb.