Harri Keyndən növbəti rekord
"Bavariya"nın ingiltərəli forvardı Harri Keyn Almaniya Bundesliqasında məhsuldarlıq rekorduna imza atıb.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu 11-ci turun "Haydenhaym"la oyununda (4:2) dubl müəllifi olub.
Keyn bununla sözügedən yarışda 11 tura 17 qol vuran ilk futbolçu kimi fərqlənib.
Qeyd edək ki, bundan əvvəlki rekord Münhen klubunun sabiq hücumçusu Robert Levandovskiyə məxsus idi.
O, 2019/2020 mövsümünün ilk 11 turunda rəqib qapılarına 16 dəfə yol tapmışdı.