Harri Keyndən rekord
“Tottenhem” İngiltərə Premyer Liqasının III turunda “Vulverhempton”u məğlub edib – 1:0.
Sportline.az xəbər verir ki, matçda yeganə qolu vuran Harri Keyn rekorda imza atıb.
“Tottenhem”lə 185-ci qoluna imza atan ingilis hücumçu Premyer Liqada bir komanda ilə ən çox qol vuran futbolçu olub.
Bundan əvvəlki rekord “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueroda idi. Argentinalı forvard “şəhərlilər”də 184 qola imza atıb.