Harri Keynin son durumu açıqlandı
İngiltərə millisinin hücumçusu Harri Keyn zədəsini tam sağaltmayıb.
Sportline.az xəbər verir ki, 31 yaşlı forvard milli komandanın ardıcıl ikinci məşqində də iştirak etməyib.
Keyn bugünkü məşq zamanı da fərdi hazırlıqla kifayətlənib.
Təcrübəli futbolçu "Bavariya"nın "Ayntraxt"la oyununda (3-3) xəsarət almışdı.
Qeyd edək ki, İngiltərə millisi oktyabr ayında Millətlər Liqasında Yunanıstan və Finlandiyay qarşı oyuna çıxacaq.