"Hatayspor"dan "Latsio"ya

"Hatayspor"un nigeriyalı futbolçusu Dele-Başiru icarə əsasında "Latsio" klubuna keçib.

Sportline.az xəbər verir ki, bu barədə Hatay klubunun rəsmi hesabı məlumat yayıb.

23 yaşlı futbolçu 2024/2025 mövsümünün sonuna kimi İtaliya klubunda çıxış edəcək.

Dele Başiru 2023-cü ildə "Şeffild Uensdey" klubundan "Hatayspor"a 300 min avro qarşılığında transfer olunmuşdu.

Qeyd edək ki, ötən mövsüm onun aktivində 39 oyunda 9 qol və 6 məhsuldar ötürmə var.