"Hatayspor"un futbolçusu İtaliya klubuna keçməyə yaxındır

"Hatayspor"un nigeriyalı futbolçusu Dele Başiru İtaliya klubu ilə müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, oyunçunun keçidində "Latsio" klubu maraqlıdır.

Xəbərdə, transfer məbləğinin 7 milyon avro olacaqğı bildirilir.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm Türkiyə klubunun heyətində 39 oyunda 9 qol vurub, 6 asist edib.