"Havr" klubunun prezidenti PSJ-ni tənqid edib
Fransa Liqa 1 təmsilçisi “Havr”ın prezidenti Jan Mişel Russe PSJ-nin “Klermon”la oyuna ehtiyat heyətlə çıxmasını tənqid edib.
Sporline.az Championat.com-a istinadla xəbər verir ki, Mişel Russe veridiyi müsahibədə bu fikirləri səsləndirib.
“Bu, Fransa çempionatına hörmətsizlikdir. Edəcək daha nəsə yoxdur. ”Mançester Siti” və “Arsenal”ın Çempionlar Liqasında oyunu olsa da, Premyer Liqa matçlarına əsas heyətlə çıxır. Amma? PSJ bunu etmir. Buna baxanda İngiltərə Liqasının nə üçün ən yaxşı olduğunu başa düşəcəksiniz. Onlar hər oyuna ciddi yanaşır. Buna görə də Çempionlar Liqasını onlar daha çox qazanırlar”.
Qeyd edək ki, PSJ 28 turdan sonra 63 xalla Liqa 1-ə başçılıq edir. 14-cü sıradakı “Havr”ın 28 xalı var.