Həmzə Həmzəoğlunun yeni iş yeri bəlli oldu
"Qalatasaray"ın sabiq baş məşqçisi Həmzə Həmzəoğlunun yeni iş yeri bəlli olub. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Bursaspor"la müqavilə imzalayıb.
45 yaşlı mütəxəssislə il yarımlıq razılıq əldə edilib.
Qeyd edək ki, "Bursaspor" hazırda 15 xalla 14-cü pillədə qərarlaşıb.