"Herta"nı Bundesliqada saxlayan qələbə
Almaniya Bundesliqasında pley-aut mərhələsinin cavab oyunu olub.
Sportline.az xəbər verir ki, Bundesliqada 16-cı pillənı tutduğu üçün elitanı tərk etmək təhlükəsiylə üzləşən "Herta" ikinci Bundesliqada üçüncü olan "Hamburq"la qarşılaşıb.
Doğma meydanda 0:1 hesabıyla uduzan “Herta” səfər matçından 2:0 hesablı qələbə ilə ayrılaraq Bundesliqadakı yerini qoruyub.