Həsən daha 4 il "Bavariya"da

"Bavariya" idman direktoru Həsən Salihamidziçlə müqaviləni uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Münhen təmsilçisi onunla 2026-cı ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Salihamidziç 2017-ci ildən "Bavariya"nın idman direktorudur. O, 1998-2007-ci illərdə "Bavariya"nın futbolçusu olub.