Hidayət Heydərov gümüş medala yiyələndi

İsrailin Təl-Əviv şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparıb.

73 kq çəki dərəcəsində R.Orucov 1/8 finaladək irəliləyib. Bu mərhələdə Artem Xomulaya (Ukrayna) məğlub olaraq mübarizəni dayandırıb.

Eyni çəkidə mübarizə aparan Hidayət Heydərov finaladək irəliləsə də, həlledici görüşdə uduzaraq "gümüş"lə kifayətlənib.

Bu, komandamızın qitə birinciliyində ilk medalı olub.