Hidayət Heydərovdan bürünc medal

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb. 

Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib. 

Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.