Holifilddən maraqlı proqnoz

Boks aləminin canlı əfsanəsi Evander Holifild Tayson Fyuriyə qalib gələ biləcək yeganə rəqibin adını açıqlayıb.

Sportline.az xəbər verir ki, amerikalı sabiq dünya çempionu "Boxing Social"a müsahibəsində həmin boksçunun Entoni Coşua olduğunu bildirib.

"Usik Fyuriyə qalib gələ bilməyəcək. Düşünürəm ki, Fyuri dahi boksçu olduğunu artıq isbatlayıb. Onun çəkinə biləcəyi yeganə rəqib Coşuadır. O, Usikdən hündürdür. Bu göstərici əsas amillərdən biridir. Məncə Fyuri üçün ən ideal rəqib məhs Entonidir. Çünki onlar eyni boydadırlar", - deyə Holifild fikrini izah edib.

Xatırladaq ki, Tayson Fyuri dekabrın 23-də Ər-Riyadda Aleksandr Usiklə üz-üzə gələcək.