Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı

"Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim. İstəyirdim ki, referi təkrara baxsın".

Sportline.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində Azərbaycan Premyer Liqasının XXII turunun "Qəbələ" ilə səfər oyununda etdiyi hərəkət barədə danışarkən deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, Premyer Liqaya VAR lazımdır: "Bu, daha yaxşıdır. Çünki hakimlər çox səhv edir. Düzdür, onlar da insandır, səhv edə bilər. Amma sonradan səhvlərini düzəltmələri daha yaxşı olardı. Bu sistem hakimlərə öz üzərində işləməyə imkan verir".

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu 2:2 hesabı ilə başa çatıb.