I Divizion: VII turun oyun cədvəli müəyyənləşdi

Futbol üzrə Azərbaycan I Divizionunda VII turun oyun cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, turun görüşləri iki gün ərzində keçiriləcək.

7 noyabr (çərşənbə axşamı)

MOİK – “Mil-Muğan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Sabah” – “Ağsu”
Binə qəsəbə stadionu

8 noyabr (çərşənbə)

“Binə” – “Turan Tovuz”
Binə qəsəbə stadionu

“Qaradağ Lökbatan” – “Xəzər”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

“Zaqatala” – “Şüvəlan”
Zaqatala şəhər stadionu

Qeyd: Turun bütün görüşləri saat 15:00-da başlanacaq.