İbrahimoviç "Milan"dan gedir

Əfsanəvi futbolçu Zlatan İbrahimoviç bu yay "Milan"dan ayrılacaq.

Sportline.az xəbər verir ki, Milan təmsilçisi İbrahimoviçin bu yay klubu tərk edəcəyini və vida mərasiminin planlaşdırıldığını təsdiqləyib.

O, bu mövsüm A Seriyasında cəmi dörd dəfə oynayıb və bir qol vurub. Buna səbəb diz probleminə görə əməliyyat olunmasıdır.