İbrahimoviç necə qərar verdiyini açıqladı

Zlatan İbrahimoviç karyerasını bitirməklə bağlı qərarı necə qəbul elədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, o, yurnalistlərin sualını belə cavablandırıb: "Yağışlı bir gündə oyanarkən öz-özümə dedim "İlahi, Tanrı ağlayır". Son 10 gün ərzində bu qərarı qəbul elədim. Hətta meydana çıxaraq karyeramı bitirmək imkanım olmadan bu addımı atdım. ( forvard son dəfə martda meydana çıxmışdı). Bununla belə bu gün çox gözəl hisslər yaşadım. Bunu bütün ömrüm boyu unutmayacağam. İndi mənim avtomobilim "Milan"ın bazasına mənsiz yollanacaq. Mən isə, başqa marşrut axtarmalıyam..."

Qeyd edək ki, 41 yaşlı isveçli futbolçunuun daha bir il yaşıl meydanlarda olacağı gözlənilirdi.