İdmançılar üçün maddi yardım

Ümumdünya Atletikası (World Athletics) koronavirus pandemiyasına görə maliyyə çətinliyi ilə üzləşən peşəkar idmançılara maliyyə yardımı edəcək.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı xüsusi fond təsis olunub.

Yarışların dayandırılması səbəbindən qazanclarının böyük hissəsini itirən idmançılara ümumilikdə 500 000 ABŞ dolları pul veriləcək.

Yardımın hansı atletlərə ediləcəyini "World Athletics"in prezidenti Sebastyan Kounun da yer aldığı İşçi Qrupun üzvləri müəyyənləşdirəcək.