II Avropa Oyunlarında bu cüdoçularımız çıxış edəcək

Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycanı 13 cüdoçu təmsil edəcək.


Sportline.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, yarışda kişi cüdoçularımızdan Orxan Səfərov, Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq.

Qadınların yarışlarında isə Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev (57 kq) və İrina Kindzerska (+ 78 kq) qüvvəsini sınayacaq.