İkardi "İnter"dən ayrılmaq istəyir

İnter”in hücumçusu Mauro İkardi klubdan ayrılmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu Milan təmsilçisində özünü xoşbəxt hiss etmir. O, 2021-ci ilədək nəzərdə tutulan müqaviləsini yeniləmək fikrində deyil. Əvəzində argentinalı oyunçu “Real”a yollanmaq istəyir. Lakin, “Real” İkardiyə görə “İnter”ə təklif göndərməyib.

Qeyd edək ki, İkardi “Yuventus”, “Napoli” və “Mançester Yunayted”in də maraq dairəsindədir. Cari mövsümdə Mauro 22 oyunda 10 qol vurub.