İkardi "Qalatasaray"la danışıqlar aparıb

PSJ-nin hücumçusu Mauro İkardi karyerasını İngiltərənin “Mançester Yunayted” və ya Türkiyənin “Qalatasaray” klubunda davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə "TyC Sports"  məlumat yayıb.

Argentianlı futbolçunun agenti olan həyat yoldaşı Vanda Nara artıq hər iki klubla danışıqlara başlayıb. 

Xəbərə görə, tərəflər arasında ilkin danışıqlar olub. Lakin müqavilə şərtləri müzakirə olunmayıb. 

Qeyd edək ki, Vanda Nara ötən ilin oktyabrında futbolçunun onu aldatması barədə məlumat vermişdi. O, Mauro ilə olan bütün fotolarını sosial şəbəkə hesablarından silsə də, bir müddət sonra İkardini bağışladığını açıqladı. Belə ki, PSJ-nin hücumçusu nikahı xilas etmək üçün bütün gəlirlərini həyat yoldaşına köçürməsi ilə bağlı müqavilə imzalayıb. Cütlüyün iki qızı var.

Banner