İkardidən "Qalatasaray" azarkeşlərinə şad xəbər: qalmaq istəyir

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi klubdakı gələcəyi ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, 30 yaşlı argentinalı hücumçu "aslanlar"ı tərk etmək istəmir. İcarə əsasında "Qalatasaray"dan çıxış edən PSJ-nin futbolçunun müqavilə müddəti bu yay başa çatır.

"Qalatasaray" futbolçuya 4.5 milyon avro maaş və Paris klubuna 8 milyon avro ödəməklə İkardini transfer etmək istəyir.