İki futbolçu millinin heyətindən kənarlaşdırıldı
Bu gün Millətlər Liqasının 2-ci turunda Malta ilə oyuna çıxacaq millimizin heyətində dəyişiklik edilib.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, iki futbolçu heyətdən kənarlaşdırılıb.
Baş məşqçi Qurban Qurbanov müdafəçi Bəxtiyar Həsənalızadə (“Sumqayıt”) və hücumçu Ruslan Qurbanovun (“Səbail”) adını siyahıdan çıxarıb. Əvəzində Millətlər Liqasının 1-ci turunda Kosovo ilə oyunda (0:0) iştirak etməyən Namiq Ələskərovun adı 23-lüyə daxil edilib.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə Kosovo ilə görüşdə iştirak etməmişdi. Ruslan Qurbanov isə ilk 11-likdə meydana çıxdığı oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi.