İki paracüdoçumuz Bakıdakı Qran-prinin finalına yüksəldi

Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri start götürüb.

Sportline.az xəbər verir ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilən yarışda Azərbaycanın ümumilikdə 18 idmançı təmsil edir.

İlk gündə 6 çəki dərəcəsi üzrə 10 paracüdoçu tatami üzərinə çıxıb.

Kişilərin yarışında Namiq Abbaslı finala vəsiqə qazanıb. 66 kq-da çıxış edən idmançı əvvəlcə Uçkun Karanbayevi (Özbəkistan), ardınca isə Əzəmət Turumbetov (Qazaxıstan) və Davud Xoravanı (Ukrayna) məğlub edən Abbaslı qızıl medal uğrunda özbəkistanlı Utkirjon Niqmatovla qarşılaşacaq.

Qadınlıarın mübarizəsində isə Sevda Vəliyeva (57 kq) adını finala yazdırıb. O, 1/4 finalda Lusio Arajuoya (Braziliya), yarımfinalda isə Zeynel Çelikə (Türkiyə) qalib gəlib. Vəliyevanın həlledici görüşdəki rəqibi Parvina Səməndərova olacaq.