İlkay Gündoğan kapitan olacaq
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann kapitan mövzusuna son qoyub.
Sportline.az Bild nəşrinə istinadla xəbər verir ki, çalışdırıcı bu məsuliyyətli işi Ilkay Gündoğana həvalə edəcək.
O, 2016-cı ildən milli komandanın kapitanı olan Manuel Noyerin dönüşündən sonra da qərarını dəyişməyəcəyini bildirib.
Qeyd edək ki, "Bavariya"nın qapıçısı zədə səbəbindən millidən kənarda qalıb.
Gündoğan isə bu ilin sentyabrından milli komandanın kapitan sarğısına sahib çıxıb.