İlkay Gündoğanın 4 klubdan təklifi var
"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan 4 yol ayrıcında qalıb.
Sportline.az As nəşrinə istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin "Mançester Siti", "Arsenal", "Barselona" və Səudiyyə Ərəbistanı klubundan təklifi var.
"Şəhərlilər" onu komandada saxlamaq niyyətindədirlər.
Bi neçə həftə əvvəl "Barselona" ilə anlaşdığı deyilən yarımmüdafiəçinin tam qərar vermədiyi bildirilir.
Qeyd edək ki, Gündoğanın "Mançester Siti" ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatır.