İlqar Rəhimov Syerra-Leone prezidenti ilə görüşəcək

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının vitse-prezidenti İlqar Rəhimov Syerra-Leone Paralimpiya Komitəsinin prezidenti Unisa Deen Kargbo dəvəti ilə bu ölkəyə səfərə yollanıb.

MPK-nın Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, səfərin məqsədi Syerra-Leonedə paralimpiya dəyərlərinin cəmiyyətə çatdırılması, görmə məhdudiyyətli və əlilliyi olan şəxslərin idmana cəlb olunması, onların cəmiyyətə inteqrasiyası mövzusunda təcrübə mübadiləsi və əlilliyi olan şəxslər üçün idmanın inkişafında hökumətin iştirakını artırmaq üçün danışıqların aparılmasıdır.

Eyni zamanda sosial layihələr, o cümlədən, abilimpiya dəyərləri və hərəkatın inkişafı mövzusunda dəyirmi masalar təşkil ediləcək.

Səfər zamanı İlqar Rəhimovun Syerra-Leone prezidenti Julius Maada Vonie Bio ilə və bir sıra dövlət rəsmiləri ilə görüşü planlaşdırılır.