İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçilib
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.
Sportline.az xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.
Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.