"İndiana" 3-cü oyunda "Boston"u qəbul edəcək

NBA-da yarımfinal həyəcanı davam edir.

Sportline.az xəbər verir ki, "İndiana Peysers" seriyanın 3-ci oyununda "Boston Seltiks"lə qarşılaşacaq.

İlk 2 matçdan sonra hesab bostonluların xeyrinədir.2-0.

Görüş mayın 26-sı saat 04:30-da başlanacaq.

Qeyd edək ki, seriyada 4 qələbəyə çatan komanda NBA-nın finalına yüksələcək.