İnfantino növbəti dəfə namizədliyini irəli sürdü
FİFA prezidenti Canni İnfantino qurumun gələn il keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.
Sportline.az xəbər verir ki, bu barədə o, qurumun bu gün Qətərdə keçirilən FİFA-nın 72-ci Konqresində bildirib.
Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralından FİFA-nın prezidentidir.
Xatırladaq ki, FİFA-nın yeni prezidentliyi üçün seçki qurumun gələn ilki 13-cü konqresində olacaq.