İngiltərə Premyer Liqasında aprelin ən yaxşısı bilinib
İngiltərə Premyer Liqası aprel ayının ən yaxşı oyunçusunu açıqlayıb.
Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, bu mükafata "Çelsi"nin futbolçusu Kol Palmer layiq görülüb.
22 yaşlı futbolçu apreldə çıxdığı 4 oyunda 7 qol vurub, 1 asist edib.
Ümumilikdə isə, ingiltərəli futbolçu bu mövsüm çıxdığı 45 oyunda 26 qol, 13 asistlik performans göstərib.
Qeyd edək ki, "Çelsi" İPL-nın 35 turundan sonra 54 xalla 7-ci pillədə qərarlaşır.