İsveçrə və İngiltərə əzmkar qələbə ilə "pley-off"da
Bu gün UEFA Millətlər Liqasında sonuncu tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə azarkeşlər 7 matça şahidlik ediblər.
Diqqətlər, əsasən, İngiltərəyə yönəlib. Burada yerli komanda Xorvatiya ilə münasibətləri aydınlaşdııb. Əzmkar qələbə ilə ingilislər "pley-off"a adlayıblar.
İsveçrə və Belçika komandalarının oyunu da növbəti mərhələyə yüksəlmək baxımından önəmli olub. Belçika millisi oyunun gedişində iki top fərqi ilə önə keçsə də, üstünlüyü qoruya bilməyib. Qələbə qazanan İsveçrə futbolçuları qrup lideri olublar.
18 noyabr 2018
Millətlər Liqası
6-cı tur
"A" Liqası, 2-ci qrup
İsveçrə - Belçika - 5:2
QOLLAR: Torqan Azar, 2 (0:1); Torqan Azar, 17 (0:2); Rikardo Rodrigez, 26/p. (1:2); Seferoviç, 31 (2:2); Seferoviç, 44 (3:2); Elvedi, 62 (4:2); Seferoviç, 84 (5:2)
1. İsveçrə - 9
2. Belçika - 9
3. İslandiya - 0
"A" Liqası, 4-cü qrup
İngiltərə - Xorvatiya - 2:1
QOL: Kramariç, 57 (0:1); Linqard, 78 (1:1); Harri Keyn, 86 (2:1)
1. İngiltərə - 7
2. İspaniya - 6
3. Xorvatiya - 4
"B" Liqası, 3-cü qrup
Şimali İrlandiya - Avstriya - 1:2
QOLLAR: Şlaqer, 49 (0:1); Evans, 57 (1:1); Lazaro, 90+3 (1:2)
1. Bosniya və Herseqovina - 10
2. Avstriya - 7
3. Şimali İrlandiya - 0
"C" Liqası, 2-ci qrup
Yunanıstan - Estoniya - 0:1
QOL: Lambropulos, 44/a.q. (0:1)
Macarıstan - Finlandiya - 2:0
QOLLAR: Salai, 29 (1:0); Naqi, 37 (2:0)
1. Finlandiya - 12
2. Macarıstan - 10
3. Yunanıstan - 9
4. Estoniya - 4
"D" Liqası, 2-ci qrup
Moldova - Lüksemburq - 1:1
QOLLAR: Qinsari, 58/p. (1:0); Bensi, 70 (1:1)
San Marino - Belarus - 0:2
Draqun, 8 (0:1); Saroka, 52 (0:2)
1. Belarus - 14
2. Lüksemburq - 10
3. Moldova - 9
4. San Marino - 0