İngiltərəli qapıçı Beqoviçi qabaqlayıb, Ginnesin Rekordlar kitabına düşdü

İngiltərənin 2-ci liqasında çıxış edən Uelsin "Nyuport Kaunti" komandasının oyunçusu Tom Kinq yeni rekord müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, 26 yaşlı qapıçı "Çeltnem Taun"la matçda (1:1) fərqlənərək, ən uzaq məsafədən vurulan qolun müəllifi kimi "Ginnesin Rekordlar Kitabına düşüb.

96,01 metr məsafədən topu rəqib qapısından keçirən ingiltərəli qolkiper "Qarabağ"ın sabiq üzvü, hazırda "Bornmut"da oynayan Asmir Beqoviçin göstəricisini (91,9) yaxşılaşdırıb.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.