"İnter" Erik Qarsiya ilə maraqlanır
"Barselona"nın müdafiəçisi Erik Qarsiya "İnter"in diqqətini çəkib.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, İtaliya klubu müdafiənin mərkəzini gücləndirmək istəyir və 22 yaşlı futbolçunu variantlardan biri kimi nəzərdən keçirir.
Kataloniyalılar ispaniyalını buraxmağa hazırdırlar.