"İnter" fransalı futbolçu üçün təklif göndərəcək

İtaliyanın "İnter" klubu fransalı ulduz futbolçu üçün təklif göndərəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, söhbət "MançesterYunayted"in 25 yaşlı hücumçusu Antoni Marsialdan gedir. Təcrübəli hücumçunun komandada daha 1 il çıxış etmək şansı olsa da nə Antoni Marsial "qırmızı şeytanlar"dan ayrılmaq istəyir.

Daha öncə "Fənərbağça" klubu fransalı üçün təklif göndərsə də tərəflər arasında razılıq əldə olunmamışdı.Hazırda "İnter" klubu Antoni Marsialın transferində maraqlıdır. İtaliya təmsilçisi futbolçu üçün "Mançester Yunayted" klubuna 45 milyon avro təklif etmək barədə düşünür.

Qeyd edək ki, Antoni Marsial bu mövsüm "Mançester Yunayted" klubu ilə 19 rəsmi matçda meydana çıxıb və 2 qol, 1 asistlə yadda qalıb.