"İnter", "Tottenhem", "Aston Villa" bu futbolçuya görə sıraya düzülüb

"İnter" "Sevilya"nın qapıçısı Yasin Bunu ilə maraqlanır.

Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, milanlılar 38 yaşlı Samir Handanoviçə əvəzləyici axtarırlar və artıq Mərakeş millisinin qapıçısı haqqında məlumat istəyiblər.

Premyer Liqada isə "Tottenhem"lə "Aston Villa" qolkiperlə maraqlanır.

Səudiyyə Ərəbistanından Əl-Əhli də Bunu üçün öz təklifini göndərib.

"Sevilla" 20-25 milyon avrodan aşağı təklifi qəbul etməyəcəyini bildirib.

Banner