"İnter"dən "Çelsi"yə

"Çelsi" "İnter"in futbolçusu Çezare Kazadeni transfer etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Çelsi" futbolçu və onun klubu ilə 6 illik müqavilə üçün razılığa gəlib. London təmsilçisi transferə görə 15 milyon avro + bonus ödəyəcək. 19 yaşlı yarımmüdafiəçinin keçidi qısa zaman ərzində rəsmən açıqlanacaq.

Qeyd edək ki, Çezare 2018-ci ildən "İnter"in futbolçusudur.

Banner