"İnter"in baş məşqçisi iki oyunluq cəza aldı

İtaliyanın "İnter" klubunun baş məşqçisi Antonio Konteyə iki oyunluq cəza verilib.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, buna 52 yaşlı mütəxəssisin A Seriyasının XIX turunda "Udineze" ilə qolsuz heç-heçə etdikləri matçda hakimlə mübahisəsi səbəb olub.

İtaliyalı baş məşqçi 90+1-ci dəqiqədə texniki zonadan uzaqlaşdırılıb, lakin buna baxmayaraq referi ilə mübahisəni davam etdirib. Konte həmçinin 20 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, "İnter" çempionatda 41 xalla ikinci pillədə qərarlaşıb.