"İnter"in prezidenti final barədə: "Pul həmişə qalib gəlmir"
“İnter”in prezidenti komandanın Çempionlar Liqasının finalına yüksəlməsindən danışıb.
Sportline.az xəbər verir ki, “İnter”in prezidenti Stiven Çjan "Gazzetta dello Sport"a müsahibəsində "Mançester Siti"yə atamaca atıb.
“Düzünü desəm, bu barədə xəyal edirdim. Liqalar arasındakı fərqi başa düşərək, bu məqsədə çatmağın çətin olacağını bilirdim. Amma futbol maraqlıdır, çünki pul həmişə qalib gəlmir. Onları ideyalar, ehtiras və bacarıqlarla əvəz etmək olar. Ümid edirik ki, sabah da belə olacaq. “Mançester Siti”yə hörmət edirəm. Bu, əla komandadır. Amma düşünürəm ki, bizim onlara müqavimət göstərməyə imkan verəcək keyfiyyətlərimiz var" - deyə “İnter”in prezidenti bildirib.