"İnter"in transfer planı

"İnter" müdafiəçi Kalidu Kulibalini heyətinə qatmağı düşünür.

Sportline.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Milanın idman direktoru Piero Ausilio yaxın günlərdə Londonda "Çelsi"nin nümayəndələri ilə görüşməyi planlaşdırır. Tərəflər hücumçu Romelu Lukakunun icarə müddətinin uzadılmasını, həmçinin Kulibalinin mümkün icarəsini müzakirə edəcəklər. Müdafiəçi Trevo Çalob, eləcə də yarımmüdafiəçi Ruben Loftus-Çik haqqında da danışılacaq.

Banner