İnyesta "Barselona" ilə vidalaşdı

Andres İnyesta mövsümün sonunda "Barselona"dan ayrılacaq. SportLine.az xəbər verir ki, bu barədə futbolçu özü bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Mövsümün sonunda "Barselona" ilə vidalaşacam. Bu komandada sonuncu oyunlarımdır. Belə bir qərar qəbul etməmişdən öncə çox düşünmüşəm və yaxınlarımla məsləhətləşmişəm", - deyən A.İnyesta "Barselona" klubuna və azarkeşlərinə təşəkkür edib.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi 2002-ci ildən Kataloniya klubunun şərəfini qoruyur.