İnzaqi: "İnter"in tarix yazmaq şansı var"

Sabah Çempionlar Liqasının finalında "İnter" "Mançester Siti" ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, "İnter"in baş məşqçisi Simone İnzaqi final öncəsi mətbuat konfransında danışıb.

“Necə oynamalı olduğumuzu başa düşürük. “Mançester Siti”nin top komanda olduğunu bilirik. Bu, hazırda dünyanın ən yaxşı komandasıdır. Biz bu mərhələdə olmaqdan qürur duyuruq. Biz hər şeyimizi verəcəyik. Tam konsentrasiya ilə oynayacağıq. Səhvlərdən qaçmaq, onları məhdudlaşdırmaq lazımdır. Bu, mövsümün 57-ci oyunudur. Çox uzun bir mövsümdür. Bizim tarix yazmaq şansımız var. Qalib gəlmək son dərəcə çətin olacaq, lakin biz bunu reallaşdırmaq üçün birlikdə çalışacağıq” - deyə “İnter”in baş məşqçisi Simone İnzaqi bildirib.

Banner