İPL-də sentyabrın ən yaxşı futbolçusu

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer layiq görülüb.

Bu haqda İPL-in rəsmi səhifəsində məlumat yayılıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən ay keçirdiyi 4 oyunda 5 qol və 1 asistlə yadda qalıb.