İPL: “Liverpul” növbəti qələbəsini qazandı

İngiltərə Premyer Liqasının 7-ci turunda lider “Liverpul” səfərdə “Kristal Palas”la qarşılaşıb.

Sportline.az xəbər verir ki, gərgin keçən matçda “Liverpul” rəqibini minal hesabla məğlub edib.1:0.

Görüşdə yeganə qolu portuqalıyalı hücumçu Dioqo Jota 9-cu dəqiqədə vurub.

Qeyd edək ki, “Liverpul” 18 xalla çempionata başçılıq edir. “Kristal Palas” isə 3 xalla 18-ci yerdə qərarlaşır.