"İpsviç"i "Mançester Yunayted"ə dəyişir

İngiltərənin "Mançester Yunayted" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi nəzərdə tutur.  

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi "İpsviç Taun"un oyunçusu Liam Delapı heyətinə qatmaq niyyətindədir. Bu barədə yerli media məlumat yayıb.  

"Mançester Yunayted" gənc ingiltərəli hücumçunu yayda transfer etməyi planlaşdırır. "Qırmızı şeytanlar" onun klubu tərəfindən müəyyən edilən 40 milyon funt-sterlinq məbləğini ödəməyə hazırdır.  

İngiltərə U-21 millisinin üzvü ilə "Çelsi" də yaxından maraqlanır.