İquain "9"u seçdi

90 milyon avro müqabilində "Napoli"dən "Yuventus"a transfer edilən Qonzalo İquain yeni komandasında "9" nömrəli formanı geyinəcək. SportLine.az xəbər verir ki, argentinalı hücumçu Neapol təmsilçisinin heyətində də bu nömrə altında çıxış edirdi.

Qeyd edək ki, “qoca sinyora” ilə 5 illik müqavilə imzalayan İquain karyerası ərzində “River Pleyt”, “Real” (Madrid) və “Napoli” klublarının da şərəfini qoruyub.