İrəvandakı Avropa çempionatı üçün millimizin heyəti açıqlandı
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib.
Sportline.az saytına AAAF-in Mətbuat xidmətindən verilən məlumata görə, heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer alıb.
Bu, ilkin siyahıdır və yarışa həmin idmançılardan kimlərin qatılacağı dəqiq deyil.
Qeyd edək ki, AÇ aprelin 15-dən 23-dək keçiriləcək.