İsak "Liverpul"a transfer olmaq istəyir
"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İsak "Liverpul"a transfer olmaq istəyir.
25 yaşlı futbolçu üçün "Nyukasl" 150 milyon avro tələb edir.
Qeyd edək ki, İsak bu mövsüm çıxış etdiyi 28 oyunda rəqib qapılarından 19 top keçirib.
Onun "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.